main-post-cover

    Təqdimatdan bir gün öncə MediaTek Dimensity 9200 flaqman prosessorunun texniki özəllikləri məlum olub

    Elm & Texnologiya
    07.11.2022
    Farid Pardashunas
        Artıq sabah MediaTek şirkəti öz yeni flaqman prosessorunu təqdim edəcək. Söhbət, Dimensity 9200 prosessorundan gedir. Lakin Digital Chat Station ləqəbli məşhur insayder təqdimata bir gün qalmış sözügedən prosessorun vacib texniki özəllikləri barəsində məlumatları təqdim edib. Qeyd etmək lazımdır ki, təqdim olunacaq Dimensity 9200 prosessoru Snapdragon 8 Gen 2 ilə Apple A16 Bionic-in əsas rəqibi olmalıdır.
        Beləliklə verilmiş məlumata əsasən 4 nanometrlik 8 nüvəli Dimensity 9200 prosessoru ray tracing texnologiyasının dəstəyinə sahib Immortalis -G715 qrafik çipi ilə təchiz olunacaq. Bununla yanaşı prosessorun tərkibinə 3.05 GHz tezlikdə çalışan bir ədəd Cortex-X1 nüvəsi, 2.85 GHz tezlikdə çalışan üç ədəd Cortex-A715 nüvəsi və 2.0 GHz tezlikdə çalışan dörd ədəd Cortex-A510 nüvəsi daxil olacaq. Məlumatda həmçinin qeyd edilib ki, sözügedən yeni prosessor smartfon kameralarının daha yaxşı şəkildə çalışmasını təmin edəcək və şəbəkənin sürətini yüksəldəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər