main-post-cover

    Təqdimatdan bir gün qabaq Mi Band 4 qolbağının vacib texniki özəlliyi məlum oldu

    Elm & Texnologiya
    10.06.2019
    Farid Pardashunas
        Xiaomi şirkətinin Mi Band 4 adlı smart qolbağının təqdimatından bir gün qabaq onun vacib texniki göstəricisi barəsində məlumat ortaya çıxdı. Bu barədə Gagadget saytı xəbər verib. Belə ki, Huami şirkətinin direktoru bildirib ki, Huangshan No.1 adlı tamamilə yeni prosessorun irimiqyaslı istehsalına artıq start verilib. Çinin Weibo sosial şəbəkəsindəki Mi Band rəsmi səhifəsi isə həmin məlumatı paylaşıb. Çox güman ki, bu onunla əlaqədardır ki, yeni Mi Band 4 smart qolbağı məhz həmin prosessor əsasında çalışacaq.

        Qeyd etmək lazımdır ki, Huangshan No.1 prosessoru hələ keçən il təqdim olunmuşdu. Enerji sərfiyyatı baxımdan həmin prosessor ARM Cortex-M4 nüvələrindən 38% daha effektivdir və o, RISC-V arxitekturası əsasında hazırlanıb. Prosessor nəbzin təyin olunması, ürək döyüntülərinin təyin olunması ötürücülərindən olan məlumatların emal olunması və aritmiyanın təyin olunması üçün 4 ədəd süni zəka mühərrikinə sahibdir.
        Qeyd etmək lazımdır ki, yeni prosessordan əlavə olaraq Mi Band 4 qolbağı həmçinin rəngli ekran və 135 mAh enerji tutumlu batareya ilə də təchiz olunacaq. Qolbaq iki versiyada təqdim olunacaq. NFC modul dəstəkli və NFC modulsuz. Şirkət artıq təsdiq edib ki, Mi Band 4-dən kontaksız ödəniş sistemlərində istifadə etmək mümkün olacaq. Lakin qolbağın Google Pay ödəniş sistemini dəstəkləyib-dəstəkləməyəcəyi hələki sual altında qalır. Xiaomi şirkəti Mi Band 4 smart qolbağını artıq sabah təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər