
Təqdimatdan bir gün qabaq OnePlus Pad Go planşetinin batareya həcmi məlum olub
Elm & Texnologiya
05.10.2023
Emil
OnePlus şirkəti özünün OnePlus Pad Go adlı büdcəli planşeti barəsində məlumatları təqdim etməyə davam edir. Bu dəfə şirkət bu yeni planşetin batareya həcmi barəsində məlumat verib. Şirkət tərəfindən təqdim edilmiş fotoya əsasən planşet 8000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı OnePlus Pad Go 33 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Qeyd etmək lazımdır ki, sözügedən planşet artıq sabah təqdim olunacaq. Son məlumatlara əsasən planşet 120 Hz-lik təsvir yenilənməsinə sahib 11.6 düym LCD ekranla təchiz olunacaq və MediaTek Helio G99 prosessoru vasitəsilə çalışacaq.
Paylaş
Bənzər xəbərlər