Logo
    main-post-cover

    Təqdimatdan bir gün qabaq Xiaomi Watch 2 Pro-nun texniki göstəriciləri və fotoları ortaya çıxıb

    Elm & Texnologiya
    25.09.2023
    Emil
        Artıq sabah Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyasını, Watch 2 Pro smart saatını və Smart Band 8 smart qolbağının qlobal versiyasını təqdim edəcək. Təqdimata bir gün qalmış internetdə Xiaomi Watch 2 Pro smart saatının texniki göstəriciləri ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən sözügedən smart saat 46 mm-lik gövdə ölçüsünə sahib olacaq. O, 466x466 piksel keyfiyyətli 1.43 düym AMOLED ekranla təchiz olunacaq.
        Məlumatda qeyd edilib ki, Xiaomi Watch 2 Pro smart saatı Snapdragon W5+ Gen 1 prosessoru vasitəsilə çalışacaq və özündə 2 GB RAM-ı, 32 GB daxili yaddaş həcmini və 495 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Smart saat WearOS əməliyyat sisteminə sahib olacaq və ona Google Maps, Google Wallet tətbiqləri inteqrasiya ediləcək. Smart saat həmçinin kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipinə də sahib olacaq.
    Paylaş
    Bənzər xəbərlər