Təqdimatdan br gün qabaq Samsung W2019 qapaqlı flaqman modelinin videosu sızdırıldı

08.11.2018 0 PAYLAŞIM 113 OXUNMA

    Samsung şirkəti artıq sabah Çində W2019 qapaqlı flaqman smartfonunu təqdim edəcək. Bugün isə sözügedən smartfon modelinin ilk videosu internetdə sızdırılıb. Videodan da görmək olar ki, bizləri bir qədər böyük ölçüdə bir smartfon gözləyir. Belə ki, iki ekranın bir gövdədə yerləşdirilməsi həddindən artıq yer tələb edir. Beləliklə W2019 4.2 inç Full HD keyfiyyətli iki AMOLED ekran, Snapdragon 845 prosessoru, 6 GB RAM, 64 GB daxili yaddaş (microSD dəstəkli) və 12 MP-lik ikili kamera ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, əvvəlki modelin qiyməti 2000$ təşkil edirdi. Yeni tendensiyaları nəzərə alsaq, W2019 modelinin qiyməti 2500$ təşkil edə bilər.