main-post-cover

    Təqdimatdan öncə Galaxy Note 10+ smartfonunun bütün texniki göstəriciləri ortaya çıxdı

    Elm & Texnologiya
    01.08.2019
    Farid Pardashunas
        Yeni Galaxy Note 10 seriyasının təqdimatına sayılı günlər qalmış internet mağazalarından birində bu smartfon seriyasının Plus modelinin texniki göstəriciləri ortaya çıxıb. Təqdim olunmuş texniki göstəricilər əvvəlki məlumat sızıntıları ilə eynidir. Heç istisna deyil ki, həmin məlumatlar rəsmi mənbələrdən kopyalanıb. Bu barədə Slashleaks saytına istinadən 4pda saytı xəbər verib.

        Beləliklə məlumata əsasən Galaxy Note 10+ modeli 3040x1440 piksel keyfiyyətli 6.8 düym Dynamic AMOLED ekran (HDR10+ dəstəkli), 8 nüvəli Exynos 9825 prosessoru, Mali-G76 MP12 qrafik sürətləndirici, 8 GB RAM, 256 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 12 MP (f/1.5 - f/2.4 dəyişkənli diafraqmaya sahib genişbucaqlı obyektiv) + 12 MP (f/2.1 diafraqmalı teleobyektiv, ikiqat optik zoom) + 16 MP (f/2.2 diafraqmalı ultragenişbucaqlı obyektiv) + 3D ToF dörd arxa kamera modulu, 10 MP-lik (f/1.6 diafraqmalı genişbucaqlı obyektiv) ön kamera, 45 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4300 mAh enerji tutumlu batareya (20 vatt gücündə naqilsiz şarj texnologiyası dəstəkli) və USB Type-C girişi ilə təchiz olunacaq.

        Smartfon Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq və IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahib olacaq. Samsung şirkəti bu məlumat sızıntısına rəy bildirməyib. Qeyd etmək lazımdır ki, Galaxy Note 10 smartfon seriyasının təqdimatı 7 avqust tarixində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər