
10 may tarixində Google I/O 2023 konfransı start götürəcək. Konfrans çərçivəsində şirkət Pixel Tablet adlı planşetini təqdim etməlidir. Təqdimata az müddət qalmış sözügedən planşetin texniki özəllikləri barəsində yeni məlumatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Pixel Tablet planşeti 2560x1600 piksel keyfiyyətli 10.95 düym LCD ekran ilə təchiz olunacaq. Ekranın parlaqlıq səviyyəsi 600 nit təşkil edəcək. Planşet Tensor G2 prosessoru vasitəsilə çalışacaq və özündə 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini birləşdirəcək. Məlumatda qeyd edilib ki, Pixel Tablet 8 MP-lik arxa kameraya, 8 MP-lik ön kameraya və 27 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Planşet Android 13 vasitəsilə çalışacaq.