
Təqdimatdan öncə Redmi Watch 4 ilə bağlı bəzi rəsmi məlumatlar təqdim edilib
Elm & Texnologiya
27.11.2023
Emil
Keçən həftə Redmi brendi rəsmi şəkildə anons etdi ki, 29 noyabr tarixində Redmi K70 smartfon seriyası ilə birlikdə üstəlik Redmi Watch 4 smart saatı təqdim ediləcək. İndi isə Redmi-nin sosial şəbəkələrdə paylaşmış olduğu reklam posterləri sayəsində Redmi Watch 4-ün bəzi özəllikləri məlum olub. Beləliklə məlum olub ki, sözügedən yeni smart saat Redmi-nin metal gövdəyə sahib ilk smart saatı olacaq. Smart saatda naviqasiyanı reallaşdırmağa imkan verəcək diyircəkli düymə də metal materialdan hazırlanıb. Redmi Watch 4 smart saatı 60 Hz-lik təsvir yenilənməsinə sahib 1.97 düym AMOLED ekranla təchiz olunacaq və ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edəcək. Bununla yanaşı smart saat müxtəlif növ kəmərlərə sahib olacaq.



Paylaş