
'Terminator filmindəki Skynet süni zəkasına hələ çox var. Lakin biz indidən ona hazırlıqlı olmalıyıq'
Elm & Texnologiya
15.12.2017
Kütləvi informasiya vasitələrində süni zəka və virtual reallıq texnologiyalarına çox diqqət ayırırlar.
Bunu jurnalistlərin özləri və həmçinin
New York Times saytının
müxbiri Cade Metz də etiraf ediblər. Onun fikrincəı süni zəkanı VR-dan ayıran əsas
özəllik dünyanı sözün əsl mənasında elə indi dəyişməkdir. Müəyyən vaxtdan sonra
bu dəyişikliklər radikal ola və bizləri məşhur “Terminator” filmindəki Skynet
süni zəkasının aqibətinə gətirib çıxara bilər. Günümüzdə süni zəka və virtual
reallıq haqqında bitcoin və blockchain haqqında danışılan kimi çox danışırlar.
Lakin Cade Metz-in fikrincə süni zəka ilə VR arasında ciddi bir fərq var.
VR hələki
əyləncə xarakteri daşıyır və kompüter oyunları sektorunun əsas atributuna
çevrilib. Süni zəka isə artıq insanın gündəlik həyatına təsir edir. Bu baxımdan
Metz “Waymo” şirkətinin pilotsuz avtomobillərini, insanın bir çox əmrlərini
yerinə yetirməyi bacaran Amazon Echo səsgücləndiricisini və son illərdə daha da
təkmilləşən Google Translate tərcüməçisini misal gətirib.
Silikon Vadisinin bir
çox mütəxəssisləri süni zəka təhlükəsi barəsində xəbərdarlıq edirlər. Bugün
alqoritm insanın rutin işini uğurla yerinə yetirir, sabah isə o, idarəetməni ələ
keçirdib insanı tabe edə bilər. Bu cür proqnoza “SpaceX” və “Tesla” şirkətlərinin
təsisçisi Elon Musk inanır. Metz-in fikrincə bu qorxular heç də əsassız deyil.
“Baxmayaraq ki, Skynet tərzli ssenari yalnız uzun-uzun illərdən sonra real problemə çevrilə bilər, biz indidən ona hazırlıqlı olmalıyıq” – deyə Cade Metz bildirib.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...