Tərtibatçılar yeni MacBook Pro'nun fotolarını aşkar ediblər
Elm & Texnologiya
20.10.2019
Farid Pardashunas
Analitiklər dəfələrlə bildirmişdilər ki, Apple şirkəti bu il 16 düym ekrana sahib MacBook Pro noutbuk modelini təqdim edəcək. İndi isə həmin sözlərin əsl sübutu ortaya çıxdı. Belə ki, tərtibatçılar macOS 10.15.1 əməliyyat sisteminin beta verisyasında həmin MacBook Pro modelinin iki fotosunu aşkar ediblər. Bu barədə MacGeneration saytı xəbər verib. Onlardan biri Silver rəngində, digəri isə Space Grey rəngindədir. Təsvirdə qeyd edilib ki, bu məhz 16 düym ekrana sahib MacBook Pro modelidir.
Təqdim edilmiş fotolardan da görmək olar ki, 16 düym ekranlı MacBook Pro modeli xarici görünüşcə 15 düym ekranlı MacBook Pro modelindən heç də fərqlənmir. Sadəcə olaraq qeyd etmək olar ki, 16 düym ekranlı MacBook Pro modelinin ekran ətrafındakı çərçivələr bir qədər daha nazik olublar. Bunun vasitəsilə noutbukun ekran ölçüsünü böyütmək mümkün olub. Noutbukun öz ümumi ölçüsü isə dəyişilməz olaraq qalıb. Lakin analitiklər qeyd ediblər ki, noutbukun ən maraqlı özəllikləri məhz onun daxilində gizlədilib. Onların verdikləri məlumata əsasən 16 düym ekranlı MacBook Pro modeli Apple şirkətinin ən güclü noutbuku olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək