main-post-cover

    Tesla 2018-ci ili 1 milyard dollara yaxın zərərlə bitirib: Tesla'nın maliyyə direktoru şirkətdən ayrılacaq

    Elm & Texnologiya
    31.01.2019
    Farid Pardashunas
        Şirkət 2018-ci ilin dördüncü rübü barəsində daha öncədən hesabat vermişdi. İndi isə Tesla şirkəti yeni hesabatı təqdim edib. Beləliklə 2018-ci ilin dördüncü rübündə şirkət 139 milyon dollar gəlir əldə edib. Dördüncü rüb üzrə şirkətin ümumi mənfəəti isə 7.2 milyard dollar təşkil edib. Şirkətin ümumilikdə keçən il üzrə mənfəəti 21.4 milyard dollar, il ərzində vəsait itkisi isə 976 milyon dollar təşkil edib. 2017-ci ildə şirkətin ümumi illik vəsait itkisi 2.2 milyard dollar təşkil etmişdi.

        Əvvəldə də qeyd edildiyi kimi şirkət keçən ilin dördüncü rübü üzrə 7.23 milyard dollar mənfəət əldə etmişdi. Bu göstərici isə 2017-ci ilin göstəricisindən 2 dəfə çoxdur. Tesla şirkəti həmçinin maliyyə direkotru Deepak Ahuja-nın şirkətdən ayrılacağını elan etdi. Elon Musk-ın sözlərinə əsasən Ahuja yaxın bir neçə ay ərzində şirkətdən ayrılacaq, onun yerini isə şirkətin maliyyə məsələləri üzrə hal hazırki vitse-prezidenti Zach Kirkhom tutacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər