main-post-cover

    Tesla 218 milyon dollara batareya istehsalçısı Maxwell Technologies şirkətini aldı

    Elm & Texnologiya
    05.02.2019
    Farid Pardashunas
        Tesla şirkəti Amerikanın Maxwell Technologies adlı şirkətini alıb. Bu şirkət vasitəsilə Tesla öz elektromobil modellərində batareyaların ömürlərini uzatmağı və elektromobillərin daha yüksək yol qətt etmələrinə nail olmağı planlaşdırır. Bu barədə Techcrunch saytı xəbər verib. Məlumata əsasən Tesla şirkəti Maxwell Technologies-i 218 milyon dollara alıb.
        Sözügedən şirkətin əsas məhsulu yüksək həcmli superkondensatorlardır. Həmin superkondensatorlar müasir litium-ion batareyalardan fərqli olaraq daha az sıxlıqlı enerjiyə sahibdirlər. Lakin buna baxmayaraq onlar enerjini daha sürətli yığır və ötürürlər. Bu isə elektromobillərdə və hibrid avtomobillərdə enerjinin bir hissəsinin geri alınması sistemi üçün lazım olan əsas elementlərdən biridir. Maxwell Technologies həmçinin batareyalar üçün “quru” elektrodlar üzərində də çalışır.
        Şirkətin verdiyi məlumata əsasən onun texnologiyaları misilsiz enerji sıxlığını təmin edəcək və enerji yığma elementlərinin ömürlərini uzadacaqlar. Nəticədə elektromobillər bir dəfə şarj olunandan sonra daha çox yol qətt edə biləcəklər və onların batareyaları daha gec sıradan çıxacaq. Bundan əlavə olaraq istehsalat prosesində zəhərli maye həlledicilərdən imtina da ətraf mühitə daha az zərər verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər