Tesla avtopilotu saatda 140 km sürətlə polisdən qaçmaq istəyib: Sürücü yatmış vəziyyətdə olub

Tesla avtopilotu saatda 140 km sürətlə polisdən qaçmaq istəyib: Sürücü yatmış vəziyyətdə olub

Texnologiya
20.09.2020 PAYLAŞIM

    Avtopilot sisteminə sahib Tesla Model S elektromobili yenə yol hərəkəti hadisəsində iştirak edib. Lakin bu dəfə dəhşətli nəticələrə rast gəlinməyib. Bu barədə Gagadget saytı xəbər verib. Hələ bu ilin iyul ayında Kanadanın Alberta adlı əyalətində baş vermiş hadisə barəsində məlumat verilib. Belə ki, həmin vaxtda yol polislərinin diqqətlərini yolda saatda 140 km sürətlə hərəkət etmiş Model S elektromobili çəkib. Bununla belə sərnişin və sükan arxasında olan oturacaqlar arxa tərəfə əyilmiş şəkildə idilər. Başqa sözlə desək, elektromobil saatda 140 km sürətlə hərəkət edən zaman onun daxilində olmuş şəxslər yatmış vəziyyətdə idilər.

    Bütün müddət ərzində isə elektromobili avtopilot sistemi idarə edirdi. Polislər elektromobilə çatıb onu dayandırmağa cəhd göstəriblər. Lakin elektromobil saatda 150 km sürətə çatıb. Çox güman ki, elektromobilin sistemi sadəcə olaraq boş yola reaksiya verib. Belə ki, yol polisi maşınlarının siqnalları sayəsində digər avtomobillər yolun əsas hissəsindən çəkilməli olurdular. Nəticə etibarilə polislər bu cür yüksək sürətlə hərəkət etmiş Model S-i dayandıra biliblər. Polislərin verdikləri məlumatlara əsasən sürücü və sərnişinlər yuxulu görünürdülər.


    Elektromobilin 20 yaşlı sürücüsü sürət həddini keçməkdə günahlandırılmışdı. Dekabr ayında onu məhkəmə gözləyir. Polislər qeyd ediblər ki, sürücülər hələ də öz avtomobillərinin idarəetmələrindən cavabdehdilər. Belə ki, müasir avtomobillərdə avtopilot sistemi hələ ideal səviyyədə deyil. Bu həqiqətən də belədir. Tesla-nın sonuncu avtopilot sistemi tələb edir ki, sürücünün əlləri sükanın üzərində olsun. Əks halda elektromobil öz sürətini aşağı salır və yavaş şəkildə park olunur. Lakin avtopilot sistemlərinin hack olunması üsulları mövcuddur və hətta bəzi sürücülər əlləri sükan üzərində ola-ola da yuxuya gedə bilirlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


30% daha sürətli çalışma: Snapdragon 875 prosessoru AnTuTu testindən keçib..

Qualcomm şirkəti Snapdragon 875 flaqman prosessorunun təqdimatına hazırlaşır və bu səbəbdən də insay..


Huawei şirkəti 200 vatt gücündə sürətli şarj texnologiyasını yaradıb: Lakin bir ..

Bir neçə müddət bundan öncə təqdim edilmiş Huawei Mate 40 Pro smartfonu 66 vatt gücündə sürətli şarj..


Hal hazırda bazarda olan ən yaxşı avtopilot sistemi hansıdır?

İnternetdə Tesla elektromobillərində olan avtopilot sistemi haqqında çoxlu sayda müsbət rəylərə rast..


Google ilə rəqabət yoxsa monopoliya qorxusu?: Apple şirkəti özünün axtarış siste..

Financial Times saytının verdiyi məlumata əsasən Apple şirkəti özünün axtarış sisteminin hazırlanmas..


Starlink-in ictimai beta test mərhələsi: Xüsusi təchizatın qiyməti ilə aylıq abu..

SpaceX şirkəti Starlink peyk internetinin ictimai beta test mərhələsinə start verildiyini elan edib...


Apple AirPower naqilsiz şarj stansiyasının aqibəti necə oldu?

3 il bundan öncə Apple şirkəti AirPower adlı naqilsiz şarj stansiyasını təqdim etmişdi.

×