Logo
    main-post-cover

    Tesla avtopilotu yol hərəkəti qəzalarını sayı baxımından ən təhlükəli avtopilot kimi qiymətləndirilib

        Washington Post nəşriyyatı ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin məlumatlarına istinadən bildirib ki, Tesla elektromobillərinin iştirakı ilə baş verən yol hərəkəti qəzalarının sayı son 4 ildə daha da artıb. Baş vermiş qəzaların əksəriyyətinin əsas səbəbi isə Tesla elektromobillərində olan avtopilot sistemidir. Məlumatda qeyd edilib ki, 2019-cu ildən başlayaraq ABŞ-ın avtomobil yollarında avtopilot iştirakı ilə baş vermiş 807 ədəd yol hərəkəti qəzası qeydə alınıb.
        Bununla belə onlardan 736-sı Tesla elektromobillərinin iştirakı ilə baş verib. Onlardan 17-si ölümlə nəticələnib. Daha 5 qəza hadisəsində isə sürücülər ciddi xəsarətlər alıblar. Statistikanın ikinci yerində Subaru şirkəti qərarlaşıb. Belə ki, onun avtomobillərinin iştirakı ilə baş vermiş yol hərəkəti qəzalarının sayı 26-dır. Elon Musk dəfələrlə Tesla elektromobillərində olan avtopilot sisteminin təhlükəsizliyindən danışıb. Lakin təqdim edilmiş statistika bu texnologiyada olan çoxlu sayda mənfi özəlliklərdən xəbər verir.
    Paylaş
    Bənzər xəbərlər