Tesla büdcəli yeni elektromobil istehsal etməyi planlaşdırır

Tesla büdcəli yeni elektromobil istehsal etməyi planlaşdırır

Texnologiya
09.03.2023 PAYLAŞIM

    Elon Musk-ın sözlərinə əsasən Tesla şirkəti yeni nəsil elektromobil istehsalını planlaşdırır. İstehsal ediləcək yeni nəsil elektromobil Full-Self Driving (FSD) adlı avtopilot sistemini əldə etməklə yanaşı həmçinin aşağı satış qiyməti ilə diqqəti cəlb edəcək. Gözləntilərə əsasən Tesla-nın yeni növ elektromobilinin qiyməti Model 3-ün qiymətindən aşağı olacaq. Musk sözügedən elektromobilin texniki özəllikləri barəsində heç bir məlumat verməyib.

    Qeyd etmək lazımdır ki, bu, Musk-ın büdcəli Tesla elektromobilini satışa çıxartmaq niyyəti barəsində verdiyi ilk bəyanat deyil. Hələ 2020-ci ildə bu barədə bəyanat verən zaman Musk qeyd etmişdi ki, Tesla-nın büdcəli elektromobili 25 000$-a yaxın satış qiymətinə sahib olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Model 3-ün ortalama qiyməti 42 990$ təşkil edir. Məlumat sızıntılarına əsasən adı Model 2 olacağı güman edilən elektromobil 25% daha kiçik batareya həcminə sahib olacaq. Bununla yanaşı onun Model 3 ilə müqayisədə 30% daha yüngül olacağı gözlənilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..


Samsung Exynos 2300 prosessoru barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə insayderlər Samsung şirkətinin Exynos 2300 adlı yeni flaqman prosessoru ..


Qualcomm subflaqman və orta büdcəli smartfonlar üçün Snapdragon 7+ Gen 2 prosess..

Qualcomm şirkəti Snapdragon 7 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 7+ Gen 2..

×