Tesla Cybertruck barəsində yeni məlumatlar verilib

Tesla Cybertruck barəsində yeni məlumatlar verilib

Texnologiya
14.03.2023 PAYLAŞIM

    Tesla şirkətinin səhmdarlarından biri hələ satışa çıxmamış Tesla Cybertruck elektrikli pikapı barəsində eksklüziv məlumatlar təqdim edib. Tesla səhmdarının sözlərinə əsaəsn o, elektrikli pikapın gövdəsinin dəqiq uzunluğunu öyrənib. Təqdim edilmiş məlumatlarda səhmdar Cybertruck-ın ölçülərini Ford F150 Raptor avtomobilinin ölçüləri ilə müqayisə edib. Beləliklə Tesla Cybertruck-ın uzunluğu Ford F150 Raptor ilə müqayisədə 38 mm daha qısa olacaq. Bununla yanaşı elektrikli pikapın eni 63.5 mm-dən daha aşağı olacaq.

    Elektrikli pikapın yük hissəsinə gəldikdə isə onun uzunluğu qısa kapot hesabına 152 mm daha uzundur. Beləliklə nəticə etibarilə Tesla Cybertruck-ın ölçüləri 6150 x 1965 x 1925 mm təşkil edir. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Tesla Cybertruck-ın bütün versiyaları bütün təkərlərin idarə edilməsi özəlliyini, pnevmatik asmanı və 5 oturacağı əldə edəcəklər. Elektrikli pikapın satış versiyalarının qapıları Self Present adlı avtomatik açılma funksiyasını dəstəkləməyəcəklər. Salonda olacaq sensorlu ekranın ölçüsü isə 18.5 düym təşkil edəcək. Tesla Cybertruck-ın bir mühərrikli versiyası olmayacaq. Onun yalnız 2 və 3 mühərrikli versiyaları satışa çıxacaq. Tesla Cybertruck-ın isə dəqiq olaraq nə zaman satışa çıxacağı hələ bilinmir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..


Samsung Exynos 2300 prosessoru barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə insayderlər Samsung şirkətinin Exynos 2300 adlı yeni flaqman prosessoru ..


Qualcomm subflaqman və orta büdcəli smartfonlar üçün Snapdragon 7+ Gen 2 prosess..

Qualcomm şirkəti Snapdragon 7 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 7+ Gen 2..

×