
Tesla Cybertruck-ın ilkin dizayn variantları ortaya çıxıb
Elm & Texnologiya
20.07.2023
Emil
Tesla şirkəti 2 illik gecikmə ilə Cybertruck adlı elektrikli pikapın kütləvi istehsalına artıq start verib. Digər elektrikli pikapların fonunda Cybertruck öz qeyri-adi dizaynı ilə seçilir. Təbii ki, şirkətin dizaynerlərinin Cybertruck-da bu cür qeyri dizayna elə ilk əvvəldən gəlmədikləri faktı heç kimi təəccübləndirməməlidir. İndi isə şirkət daxilində Cybertruck üçün hansı dizayn analoqlarının nəzərdən keçirildiyini görmək olar.
Bu mövzu barəsində məlumatı Elon Musk-ın bioqrafı Walter Isaacson təqdim edib. Təqdim edilmiş fotolardan birində görmək olar ki, Tesla dizaynerləri Cybertruck üçün müxtəlif növ dizaynları nəzərdən keçirdib. Bütün dizaynlar minimalistik olublar. Maraqlısı ondadır ki, elektrikli pikapın dizaynının hazırlanmasında şirkət mütəxəssisləri çoxlu sayda filmlərdən ilhamlanıblar. Onların arasında “Tron”, “James Bond”, “Back to the Future” və “Blade Runner 2049” kimi filmlər var.
Paylaş
Bənzər xəbərlər