Tesla Cybertruck-ın interyer dizaynının fotoları ilk dəfə ortaya çıxıb

Tesla Cybertruck-ın interyer dizaynının fotoları ilk dəfə ortaya çıxıb

Texnologiya
26.05.2023 PAYLAŞIM

    Tesla səhmdarları arasında keçirilmiş görüşün iştirakçılarından biri yenilənmiş Tesla Cybertruck pikapının daxilində olub. Nəticədə həmin şəxs Tesla Cybertruck-ın salon dizaynının ilk fotolarını təqdim edib. Qeyd etmək lazımdır ki, Tesla Cybertruck-ın xarici görünüşünün necə olacağı məlum olsa da, onun interyer dizaynı indiyənə kimi sərgilənmirdi. Təqdim edilmiş fotolardan belə qənaətə gəlmək olar ki, Tesla-nın elektrikli pikap modelinin interyeri şirkətin digər elektromobillərinin salon interyerləri ilə müqayisədə daha minimalistik olacaq. Görmək olar ki, Tesla Cybertruck-ın sükanı arxasında Model S-də olduğu kimi göstəricilər paneli olmayacaq.


    Bununla yanaşı elektrikli pikapın sükanı Tesla-nın digər elektromobillərindəki sükanlara bənzəmir. Elektrikli pikapın qeyri-adi gövdə formasına sahib olması səbəbilə daxildən ön şüşənin alt hissəsində böyük ölçülü boş sahə mövcuddur. Təbii ki, Tesla-nın digər elektromobillərində olduğu kimi Cybertruck-ın salonunda da böyük ölçülü sensorlu ekran yerləşdirilib. Həmin sensorlu ekran sükanın arxa hissəsində olmalı olan göstəricilər panelini əvəz edir və üstəlik elektromobilin multimedia sistemi rolunda çıxış edir. Tesla Cybertruck-ın bu ilin üçüncü rübündə satışa çıxacağı gözlənilir.



DAHA ÇOX


HP süni zəka alqoritmləri ilə qarşılıqlı əlaqədə olmağa imkan verəcək yeni nəsil..

HP şirkəti təkmilləşdirilmiş arxitekturaya sahib yeni nəsil kompüter hazırladığını elan edib...


Samsung barmaq izi skanına sahib bank kartını təqdim edib (VİDEO)

Samsung tərəfindən təqdim edilmiş Biometric Card IC yüksək səviyyəli təhlükəsizliyə sahib yeni nəsil..


Mark Zuckerberg Meta Quest 3 adlı yeni VR cihazı anosn edib - QİYMƏTİ (VİDEO)..

Meta-nın CEO-su Mark Zuckerberg Quest 3 adlı yeni VR cihazı anons edib.


BOE şirkəti 16K keyfiyyətli 110 düym ekrana sahib televizorunu təqdim edib

Çinin BOE şirkəti SID Display Week 2023 sərgisi çərçivəsində 16K keyfiyyətli 110 düym ölçülü ekrana ..


Qualcomm Snapdragon 8 Gen 3 prosessorunun təqdimat tədbirini anons edib

Qualcomm şirkəti heç gözlənilmədən Snapdragon Summit adlı növbəti təqdimat tədbirini anons edib...


OPPO şirkəti MR Glass Developer Edition adlı qarışıq reallıq (AR + VR) cihazını ..

OPPO şirkəti Qualcomm ilə əməkdaşlıq çərçivəsində hazırlanmış MR Glass Developer Edition adlı qarışı..

×