Logo
    main-post-cover

    Tesla Cybertruck-ın nəyə görə hələ də satışa çıxmamasının səbəbləri bəlli olub

        Tesla Cybertruck adlı elektrikli pikap 2019-cu ildə anons edilmişdi. Həmin vaxtdan indiyənə kimi 1.8 milyon insan onu ön sifariş edib. Lakin Cybertruck hələ də satışa çıxmayıb. Bir neçə müddət bundan öncə isə internetə bir neçə maraqlı sənəd sızdırıldı və həmin sənədlər sayəsində Cybertruck-ın nəyə görə hələ də satışa çıxmadığı məlum oldu. Almaniyanın Handelsblatt adlı saytı anonim mənbəyə istinadən Cybertruck-ın 25 yanvar 2022-ci il tarixli testinin texniki hesabatını təqdim edib.
        Hesabata əsasən elektrikli pikapın test versiyası asqı, gövdənin germetikləşmə özəlliyi, küy səviyyəsi, idarəetmə və tormozlama sistemi ilə bağlı ciddi problemlər yaşayıb. Məlumatda qeyd edilib ki, Cybertruck-ın testində iştirak etmiş şəxslər elektromobilin gövdəsində 21 ədəd küy mənbəyi aşkar edib. Küy mənbələri isə elektromobilin qeyri-adi formaya sahib olması ilə bağlı olublar. Bununla yanaşı mühəndislər sükanın çalışma prosesində yaranan problemləri aradan qaldırmalı olublar.
        Hesabatda qeyd edilib ki, Cybertruck-ın test versiyasının kuzovu tormozlama zamanı daha çox irəli atılır. Asqıda olan problemlərə gəldikdə isə mühəndislər həddən artıq böyük ölçülü razvalı qeyd ediblər. Nəticədə elektromobilin konstruksiyasındakı hərəkət hissəsinə müəyyən dəyişikliklər əlavə etmək lazım gəlib. Elon Musk özü də daha öncə qeyd etmişdi ki, Cybertruck texniki tərəfdən çox qəliz bir layihəyə çevrilib. Buna görə də onun istehsalında ənənəvi üsullardan istifadə etmək qeyri-mümkündür. Cybertruck-ın bu il və ya gələn il satışa çıxacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər