Tesla Cybertruck-ın ön sifarişləri bütün gözləntiləri keçdi
Elm & Texnologiya
25.11.2019
Farid Pardashunas
Tesla şirkətinin ilk pikap modeli olan Cybertruck-ın təqdimatı bir qədər mübahisəli alındı. İnternetdə yeni elektromobilin dizaynı və güllə keçirməz şüşələri barəsində çoxlu sayda memlər ortaya çıxıb. Lakin bütün bunlar Cybertruck-ın məşhurluq qazanmasına mane olmayıblar. Belə ki, Elon Musk-ın verdiyi məlumata əsasən Cybertruck-ın müxtəlif versiyalarının ön sifariş göstəriciləri diqqəti cəlb edir. Bu barədə Techcrunch saytı xəbər verib.
Musk-ın verdiyi məlumata əsasən elektromobilin təqdimatından sonra bir neçə gün ərzində Tesla şirkəti Cybertruck-ın alınması üçün 146.000 ön sifariş əldə edib. Məlumatda qeyd edilib ki, ön sifarişlərin böyük hissəsi 3 mühərrikli və 2 mühərrikli versiyaların payına düşür. Belə ki, ön sifarişlərin ümumi sayının 41%-i 3 mühərrikli versiyasının, 42%-i isə 2 mühərrikli versiyasının üzərinə düşüb. Ön sifarişlərin ümumi sayının 17%-ni Cybertruck-ın standart versiyası təşkil edib.
Qeyd etmək lazımdır ki, ön sifariş dedikdə elektromobilin tam qiymətinin ödənilməsi nəzərdə tutulmur. Onun istehsalına hələ 2021-ci ildə start veriləcək. Ön sifarişin qeydə alınması üçün isə sadəcə olaraq öncədən 100$ vəsait ödəmək lazımdır. Beləliklə ön sifarişlərin nəzərə alınması ilə Tesla şirkəti artıq 15 milyon dollar gəlir əldə edib. Qeyd etmək lazımdır ki, Cybertruck-ın standart versiyası 39.900$-a, 2 mühərrikli versiyası 49.900$-a, 3 mühərrikli versiyası isə 69.900$-a satılacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)