
Tesla elektromobillərin şarj olunmaları üçün nəzərdə tutulmuş CyberVault adlı şarj cihazını təqdim edib
Elm & Texnologiya
04.04.2023
Emil
Tesla şirkəti həl’ keçən ayın sonunda CyberVault adlı yeni məhsulunun təqdimatına işarə etmişdi. İndi isə şirkət bu yeni məhsulu təqdim edib. Məlum olub ki, CyberVault adlı cihaz Cybertruck tərzində hazırlanmış şarj cihazıdır. Şirkət sözügedən şarj cihazını Çində təqdim edib. Onun qiyməti 800$ təşkil edir. Sözügedən şarj cihazı elektromobillərin şarj olunmaları üçün nəzərdə tutulub. Şarj cihazının naqilinin uzunluğu 30 metr, şarj cihazının öz çəkisi isə 13 kq təşkil edir. Tesla CyberVault-un Çindən başqa ölkələrdə satılıb-satılmayacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər