Tesla iki yeni elektromobil üzərində çalışır

Tesla iki yeni elektromobil üzərində çalışır

Texnologiya
17.05.2023 PAYLAŞIM

    Tesla investorları qarşısında ənənəvi illik çıxışı zamanı Elon Musk bildirib ki, şirkət iki yeni elektromobil üzərində çalışır. Onun sözlərinə əsasən iki yeni elektromobildən biri artıq hazırlanma mərhələsinə keçid edib. Musk hazırlanma mərhələsində olan elektromobilin tizer fotosunu təqdim edib. Təqdim edilmiş tizer fotosu sayəsində yeni elektromobilin dizaynı barəsində müəyyən təsvirlərə sahib olmaq olar. Fotodan da görmək olar ki, yeni elektromobil böyük ehtimal ilə ucuz qiymətə satılacaq hetçbek olacaq.


    Qeyd etmək lazımdır ki, Musk hələ 2020-ci ildə bildirmişdi ki, Tesla 25 000$-a satılacaq elektromobil istehsal etmək niyyətindədir. Çox güman ki, tizer fotodakı elektromobil məhz Musk-ın dediyi elektromobildir. Onun texniki özəllikləri barəsində heç bir məlumat yoxdur. Üzərində işlərin getdiyi ikinci elektromobil barəsində ümumiyyətlə heç bir məlumat yoxdur. Lakin bu ilin mart ayında Tesla bir neçə yeni elektromobilin tizer fotolarını təqdim etmişdi.

    Həmin fotolardan birində miniven formasında olan elektromobil əks olunmuşdu. Ola bilər ki, şirkətin ikinci yeni elektromobili məhz miniven olsun. Musk-ın sözlərinə əsasən Tesla-nın iki yeni elektromobili şirkətin artıq mövcud olan elektromobillərini dizayn və istehsalat texnologiyaları baxımından geridə qoyacaqlar. Üstəlik Musk bildirib ki, Tesla öz avtopilot sisteminin inkişaf etdirilməsinə daha çox diqqət ayıracaq. Tesla-nın iki yeni elektromobilini nə zaman təqdim edəcəyi və nə zaman satışa çıxardacağı barəsində məlumat yoxdur.



DAHA ÇOX


Apple Vision Pro qarışıq reallıq cihazının yeni keyfiyyətli fotoları ortaya çıxı..

Apple şirkəti dünən gecə Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqd..


Honor fərdi prosessorlarını istehsal edəcək

Vaxtı ikən ABŞ hökumətinin sərt sanksiyaları ilə qarşılaşaraq fərdi Kirin prosessorlarının istehsalı..


Apple yenilənmiş Mac Studio-nu təqdim edib - QİYMƏTİ

Yenilənmiş Mac Pro ilə yanaşı Apple yeni Mac Studio-nu da təqdim edib.


Apple M2 Ultra-ya sahib yenilənmiş Mac Pro-nu təqdim edib - QİYMƏTİ

WWDC 2023 konfransı çərçivəsində təqdim edilmiş yeni məhsullardan biri də yenilənmiş Mac Pro kompüte..


Apple ən güclü prosessoru M2 Ultra-nı təqdim edib

Apple WWDC 2023 konfransı çərçivəsində öz yeni və ən güclü prosessoru olan M2 Ultra-nı təqdim edib...


Apple Vision Pro qarışıq reallıq (AR + VR) cihazı təqdim edilib - QİYMƏTİ (VİDEO..

Bir neçə il ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Apple şirkəti WWDC 2023 konfransı ç..

×