'Tesla' ilə 'SpaceX' şirkətləri birləşə bilərlər

'Tesla' ilə 'SpaceX' şirkətləri birləşə bilərlər

Texnologiya
06.12.2017 PAYLAŞIM

 “Tesla” və “SpaceX” şirkətləri mütəmadi olaraq bir-biriləri ilə texnologiya və kadr mübadiləsi edirlər.

Lakin hər iki şirkətin maliyyə göstəriciləri fərqlənir və müəyəən müddətdən sonra bu fərqlilik daha da böyük olacaq. Analitiklərin fikrincə bu halda iki şirkəti birdən idarə etmək Elon Musk üçün çətin olacaq. Ən əlverişli variant isə onların birləşməsi olacaq. İki şirkətin birləşməsi strateji əməkdaşlıq, texnologiyaların transferi və birgə maliyyələşdirmə ilə başlayacaq və avtomobil ilı energetik, aerokosmik layihələrin mümkün birləşməsi ilə sona çatacaq. Bu cür proqnozu Morgan Stanley şirkətinin analitiki Adam Jonas öz hesabatında bildirib. O uzun müddətdir ki, “Tesla” şirkətinin maliyyə göstəricilərini izləyir.

Elon Musk tərəfindən idarə olunan hər iki şirkət artıq öz aralarından texnologiya mübadiləsi aparır. SpaceX “Tesla”nın istehsalat texnologiyalarını əldə edir. “Tesla” isə “SpaceX”in innovasiyalı qaynaq (svarka) üsullarını əldə edir. Bir neçə müddət bundan öncə Musk bildirmişdi ki, yeni Tesla Roadster avtomobili raket texnologiyaları sayəsində sürət rekordları qıracaq. Lakin Adam Jonas-ın fikrincə bu iki şirkət arasındakı əməkdaşlıq təkcə texnologiyalar mübadiləsi ilə bitməyəcək. O, “Tesla” ilə “SpaceX”in birləşməsinin bir neçə səbəblərini açıqlayıb. İlk problem Elon Musk-ın özü ilə bağlıdır. Analitikin fikrincə investorlar müəyyən müddətdən sonra Musk-ın öz gücünü aerokosmik şirkətinin idarəsinə yönəldəcəyini gözləyirlər. Bu halda o, “Tesla” şirkəti üzərində idarəetməni kiməsə verməli olacaq.



Musk bildirirdi ki, Model 3 avtomobilinin kütləvi istehsalata başlayacağı vaxta kimi CEO vəzifəsində qalacaq. Şirkət istehsalat problemləri ilə qarşılaşsa da, yaxın zamanda bu problemlər aradan qaldırılacaq. Bir çox investorlar üçün Musk-ın CEO vəzifəsindən getməsi heç əlverişli deyil. Belə ki, o, onlar üçün şirkətdən daha çox prinsipial məna daşıyır. Digər problem isə elektromobil bazarının transformasiyası ilə bağlıdır. Hər il bu sahədə olan rəqabət daha da kəskin olur. Bu isə “Tesla” şirkətini daha da zəif vəziyyətə salır. “SpaceX” isə gəlirli biznes olmağa iddialıdır. Peyk biznesinin işə salınmasından sonra bu daha da nəzərə çarpan bir faktdır. Bu cür şərtlərdə heç təəccüblü deyil ki, avtomobil biznesi raket istehsalçısından biznes modeli və istehsalat prosesini mənimsəyir. Süni zəka texnologiyasının inkişafı da bu iki şirkətin sıx əməkdaşlığına şərait yaradır. “Kosmos və pilotsuz idarə sistemləri süni zəkanın daha çox xeyir gətirə biləcəyi, adlarının ən çox hallandığı iki sahədir” – deyə Adam Jonas bildirib. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.

×