main-post-cover

    Tesla ilk dəfə olaraq Ford və General Motors şirkətlərinin ümumi qiymətlərindən daha bahalı şirkət oldu

    Elm & Texnologiya
    09.01.2020
    Emil Nəcəfov
        Dünənki birja hərracları nəticəsində elektromobil istehsalçısı olan Tesla şirkətinin bazar dəyəri 5% yüksələrək 89 milyard dollar təşkil edib. Beləliklə Elon Musk-ın şirkəti ilk dəfə olaraq Ford General Motors şirkətlərinin birlikdə qiymətlərindən daha yüksək bazar dəyərinə sahib avtomobil istehsalçısı olub. Bu barədə Reuters saytı xəbər verib. Hal hazırda General Motors şirkətinin bazar dəyəri 50 milyard dollar, Ford şirkətinin bazar dəyəri isə 37 milyard dollar təşkil edir. Hər iki şirkətin ümumi bazar dəyəri 87 milyard dollar təşkil edir.
        Qeyd etmək lazımdır ki, Tesla şirkətinin səhmlərinin qymətləri son 3 ay ərzində yüksəliblər. Bunun əsas səbəbi isə gəlirli olmuş üçüncü rüb, Çində istehsal edilmiş elektromobillərin satışa çıxması və il yekunu üzrə rekord sayda elektromobil istehsalıdır. Üçüncü rübdə Tesla 2019-cu ilin əvvəlindən ilk dəfə gəlirli olub. Beləliklə şirkət 142 milyon dollar gəlir göstəricisi sərgiləyib. Tesla şirkətinin dördüncü rübü və ümumi il üzrə gəlir məlumatı hələ yoxdur. Lakin artıq məlumdur ki, şirkət bütün 2019-cu il üzrə 367.500 elektromobil istehsal edib. Bu isə 2018-ci ildəki göstəricidən 50% yüksəkdir.
        Bu cür nəticə Tesla şirkətinin öncədən vermiş olduğu proqnoz ilə üst-üstə düşüb. Analitiklərin gözləntilərinə əsasən artıq bu ildən başlayaraq şirkət hər il 500.000 elektromobil istehsal edəcək. Bununla yanaşı 2019-cu ildən başlayaraq Tesla ABŞ-dan kənarda da zavodların istifadəyə verilməsinə başladı. Belə ki, şirkət Şanxayda zavodu artıq istifadəyə verib və daha bir zavodu Berlində inşa etməyə hazırlaşır. Bütün bunlara baxmayaraq Tesla avtomobil satışlarına görə hələ də ənənəvi avtomobil istehsalçılarından geridə qalır. Belə ki, təkcə 2019-cü ildə Ford və General Motors ABŞ-da 2 milyondan çox avtomobil istehsal ediblər. 
    Linki kopyala