main-post-cover

    Tesla Model S'də avtopilotdan istifadə etdi və sürücülük vəsiqəsindən məhrum oldu (VİDEO)

    Elm & Texnologiya
    30.04.2018
    Farid Pardashunas
    İngiltərədə məhkəmə Tesla avtomobilinin sürücüsünü sürücülük vəsiqəsindən məhrum edib. Buna səbəb isə sürücünün avtomobili avtopilot rejiminə keçirdərək yan oturacağa oturması olub. Bu barədə BBC saytı xəbər verib. Keçən ilin May ayında M1 adlı avtomobil şossesində sükanında sürücünün olmadığı və saatda 65 km sürətlə hərəkət etmiş Tesla Model S avtomobili görülmüşdür. Sözügedən elektromobilin sahibi 39 yaşlı Bhavesh Palet yan oturacaqda oturmuş və yola nəzarət etmirdi. Beləliklə o, yola nəzarəti avtomobilin alqoritmlərinin öhdəsinə buraxmışdı.
    Bu isə ilk növbədə həmin yolda hərəkət etmiş digər avtomobil sürücülərinin diqqətlərini cəlb etmişdir və onlar bu hadisəni kameralara çəkmişdilər. Məhkəmə prosesi isə polislərin həmin videonu sosial şəbəkələrdə gördükləri vaxtdan sonra başladı. Məhkəmə prosesində Bhavesh öz səhvini qəbul edib. Qeyd etmək lazımdır ki, yola nəzarət etmədən avtopilot rejimində avtomobil sürməklə insanlar nəinki özlərinin həmdə digər insanların həyatlarını təhlükə altına atırlar. 18 ay müddətinə sürücülük vəsiqəsindən məhrum edilməkdən əlavə olaraq Bhavesh Palet 100 saatlıq ictimai işlərin görülməsi və 2500$ cərimə ilə cəzalandırılıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər