Logo
    main-post-cover

    Tesla Motors rəsmi olaraq SolarCity-ni aldı

    Bir neçə müddət bundan öncə Tesla şirkəti akkumulyator istehsalı ilə məşğul olan böyük zavodun açılışını etmişdi.

    Elon Musk həmin açılışda hətta Tesla Model 3 avtomobilini də təqdim etmişdi. Technote.az-ın "Reuters” mənbəsinə istinadən verdiyi xəbərə əsasən məlum olub ki, günəş enerjisinin hasil edilməsi ilə məşğul olan SolarCity şirkəti rəsmi olaraq Tesla tərəfindən alınıb. SolarCity Tesla-ya 2.6 milyard dollara başa gəlib. Mənbənin verdiyi məlumata əsasən 1 il öncə bu müqavilə Tesla-ya ikiqat baha başa gələ bilərdi. Lakin hal-hazırda günəş batareyaları bazarında inkişaf tempinin, satışların aşağı düşməsi və digər şirkətlərlə olan rəqabətin böyüməsi nəticəsində müqavilə bu məbləğ qarşılığında bağlanıb. Maraqlısı isə budur ki, bir çox mütəxəssislərin fikrincə Tesla Motors-un bu yeni alışı onun gəlirinə müəyyən dərəcədə mənfi təsir edəcək. Belə ki, müqavilənin bağlanmasının rəsmi açıqlamasından sonra hər iki şirkətin səhmləri aşağı düşüb. 
     
    Paylaş
    Bənzər xəbərlər