
"Tesla Motors"un yeni nəsil avtopilot sistemi təqdim edildi (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
"Tesla Motors” özünün avtopilot sisteminin yeni videosunu təqdim edib.
Videoda şirkətin yeni tamamilə
avtonom avtopilot sistemi təqdim edilib. Həmin sistem, şirkətin bütün avtomobillərində
mövcuddur. Videonun başlığında qeyd olunub ki, sürücü yerində oturmuş şəxs
yalnız ABŞ qanunvericiliyinə görə avtomobildə iştirak edir. Belə ki,
avtomobilin idarəolunmasında o, iştirak etmir. Bu halda avtomobil rahatlıqla şəhər
yollarında hərəkət edib və özü avtomatik olaraq avtomobili park edib. "Technote.az”ın
"Gagadget.ru”a istinadən verdiyi xəbərə əsasən şirkətin yeni avtonom sürmə
sistemi 12 kameradan ibarətdir. Həmin 12 kamera birlikdə 360 dərəcəlik görüntü
təmin edir. Həmçinin sistemi tamamlayan 12 ədəd ultrasəs ötürücüsü və
avtomobilin ön hissəsində olan radardır. Həmin radar güclü yağış, qar, toz və
qatı duman zamanı avtopilot sisteminə öz köməkliyini göstərir. İlk öncə ikinci
nəsil avtopilot sistemi yalnız fon rejimində çalışaraq avtomobilin idarəolunmasına
qarışmayacaq və ona lazım olan məlumatları yığacaq.
Paylaş
Bənzər xəbərlər