main-post-cover

    'Tesla'nı geridə qoyub elektromobil sahəsində lider olmaq üçün 'Volkswagen' bu sahəyə 40 milyard dollar investisiya yatıracaq

    Elm & Texnologiya
    20.11.2017
    Farid Pardashunas
    “Volkswagen” şirkəti növbəti 5 il ərzində yeni texnologiyalara 40 milyard dollar investisiya yatırmağı qərara aldı.
    Bununla da şirkət “Tesla”nı geridə qoyaraq elektromobil sahəsində lider olmaq niyyətindədir. Bu barədə Phys.org saytı xəbər verib. “Biz avtomobili yenidən ixtira edirik” – deyə şirkətin icraçı direktoru Matthias Mueller müşahidə şurasının iclasından sonra bildirib. 2018-2022-ci illərdəki xərclər əsasən elektrikli, hibrid avtomobil modellərinin və robomobillərin yaradılması üçün nəzərdə tutulacaq. Bu cür məbləğ şirkətin Sentyabr ayında elan etdiyi investisiya məbləğindən iki dəfə çoxdur.
    Belə ki, həmin vaxtda şirkət 2030-cu ilə kimi yalnız 20 milyard avro investisiyadan danışırdı. Məlumata əsasən investisiya məbləğinin qalan hissəsini şirkət qənaət proqramından və benzinlə çalışan əlavə avtomobillərin satışından əldə etməyi planlaşdırır. Digər klassik avtomobil istehsalçıları kimi “Volkswagen” də “Tesla”nı geridə qoymaq üçün öz diqqətini ekoloji təmiz və ağıllı nəqliyyat növlərinə yönəldir. 12 brendi (Audi, Porsche, Skoda və s.) özündə birləşdirən “Volkswagen” qrupu hələ Sentyabr ayında elan etmişdi ki, 2030-cu ilə kimi öz bütün avtomobil modellərini elektrikləşdirəcək. Bu isə öz növbəsində 300-ə yaxın avtomobil modeli deməkdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər