main-post-cover

    Tesla-nın avtopilot sistemi adi avtomobillər ilə müqayisədə daha çox yol qəzasının qarşısını alır

    Elm & Texnologiya
    09.11.2020
    Farid Pardashunas
        Alman alimlərdən ibarət konsorsiumun müstəqil tədqiqatının məlumatlarına əsasən Tesla şirkətinin avtopilot sistemi gələcək avtomobillərin sahib olacaqları ən perspektivli texnologiyalardan biridir. Tədqiqat çərçivəsində analitiklər öyrəniblər ki, Tesla şirkətinin avtopilot sisteminin alqoritmi bu cür texnologiyaya sahib olmayan avtomobillərdən fərqli olaraq daha çox yol nəqliyyatı qəzasından yayına bilir. Bu barədə 4pda saytı xəbər verib. Alimlərin hesablamalarına əsasən Tesla-nın avtopilot sistemi yol nəqliyyatı qəzalarının 90%-nin qarşısını ala bilir.
        Buna görə də Tesla elektromobillərində istifadə olunan xüsusi ötürücülərin digər avotomobillərə də inteqrasiyasını sürətləndirmək lazımdır. Əsas problem ondan ibarətdir ki, Tesla-nın avtopilot sistemi qanunvericilik səbəbilə Avropada məhdudlaşdırılıb. Buna görə də onun ABŞ-da istifadə olunan analoqu təhlükəsizlik baxımından Avropadakı versiyasını üstələyir. Məlumata əsasən avtopilot sisteminə sahib avtomobillər barəsində nizamlayıcı qanunların hazırlanması prosesi çox ləng reallaşdırılır.
        Son 3 il ərzində isə 1 kilometr yola düşən yol nəqliyyatı qəzalarının sayı kəskin şəkildə artıb. Bu cür qlobal problemin həlli kimi avtopilot sisteminin irimiqyaslı inteqrasiyası çıxış edə bilər. Tədqiqatçılardan birinin sözlərinə əsasən əgər Almaniyadakı bütün avtomobillərdə Tesla-nın avtopilot sistemi olsaydı, il ərzində yol nəqliyyatı qəzalarının sayı 282.000-dən 29.000-ə düşərdi. Tədqiqat nəticəsində əldə edilmiş rəqəmlər onu göstərirlər ki, avtopilot ssteminə sahib avtomobillər adi avtomobillər il müqayisədə daha az yol nəqliyyatı qəzalarında daha az iştirak edirlər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər