main-post-cover

    'Tesla'nın gizli saxladığı elektrikli yük maşınının ilk fotosu sızdırıldı

    Elm & Texnologiya
    03.10.2017
    Farid Pardashunas
    “Tesla” şirkəti, bu ay özünün ilk elektrikli yük maşınını təqdim edəcək.
    İndiyənə kimi heç kim həmin yük maşınının fotosunu görməyib. Lakin əgər şirkət həmin maşını, təqdimata kimi sirr altında saxlamaq istəyirdisə, bu onda alınmadı. Belə ki, şirkətin yük maşınının fotosu artıq Reddit saytında yer alıb. Şəkil, Kaliforniyada olan poliqonlardan birində çəkilib. Məhz həmin poliqonda şirkət öz testlərini keçirdir.

    Qeyd etmək lazımdır ki, adətən test zamanı avtomobillərin üzəri xüsusi parça ilə örtülür. Lakin Tesla Semi adlı yük maşını istisna olub. Qeyd etmək lazımdır ki, fotoda əks olunmuş yük maşını, bir neçə ay bundan öncə Elon Musk tərəfindən təqdim olunmuş tizerdəki maşına çox bənzəyir. Sadəcə olaraq yük maşınının arxasına bərkidilmiş yük konteyneri çatışmır.

    Fotodan da görmək olar ki, Tesla Semi-nin gövdəsi, ön tərəfdən radiator üçün nəzərdə tutulmuş çərçivəyə sahib deyil. Əslində elektrikli yük maşını üçün o heç lazım da deyil. Məlumatlara əsasən Tesla Semi, bir dəfə şarj olunandan sonra 300-500 km yol qətt edə biləcək. Tesla Semi-nin təqdimatının 26 Oktyabr tarixində baş tutacağı gözlənilir. Bununla yanaşı şirkət, sözügedən yük maşınları üçün nəzərdə tutulmuş şarj stansiyalarını da təqdim edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər