
Tesla-nın pilotsuz taksilərinin təmizlənməsi ilə futuristik robot məşğul olacaq (VİDEO)
Elm & Texnologiya
04.02.2025
Emil
Tesla-nın son rüblük konfransı iyun ayında şirkətin Cybercab adlı pilotsuz taksilərinin Texas ştatının Ostin şəhərində pullu sərnişin daşımağa başlayacağını anlamağa yardımçı oldu. Bu şəhər Tesla-nın yeni baş qərargahının yerləşdiyi yerdir. Tesla-nın yeni yayımlamış olduğu videoya əsasən, şirkət təkcə taksi səfərlərini avtomatlaşdırmaqla kifayətlənməyəcək, həm də taksilərin salonlarının təmizlənməsini avtomatik şəkildə reallaşdıracaq. Şirkətin rəsmi YouTube kanalında bir neçə gün əvvəl “This Robot Sucks” adlı 1 dəqiqəlik video yayımlandı. Bu video, Tesla-nın pilotsuz taksilərin interyerini mütəmadi təmizləmək üçün düşündüyü həlli nümayiş etdirir.
Görünən odur ki, şirkət belə avtomobilləri çoxfunksiyalı manipulyatorlarla təmizləməyi planlaşdırır. Bu manipulyatorlar dəyişdirilə bilən başlıqlara sahib olacaq və oturacaq və digər səthləri tozsoranla təmizləməklə yanaşı, salonda qalan əşyaları pnevmatik sistem vasitəsilə götürüb kənarlaşdıracaq. Məsələn, videoda robot avtomobilin salonunda unudulmuş çantanı yumşaq və ehtiyatlı bir üsulla götürüb xaricə çıxarır. Dəyişdirilə bilən manipulyator başlıqları bu robotlara avtomobilin panellərini və mərkəzi ekranını təmizləməyə imkan verəcək – robot ekranı avtomatik silə biləcək.
Əslində, Tesla pilotsuz taksiləri üçün robotlaşdırılmış avtomobil yuma sistemini də tətbiq edərsə, taksi parkının xidmət və baxımı artıq canlı işçi qüvvəsinə ehtiyac duymayacaq. Məlum olduğu kimi, şirkət daha əvvəl elektrik avtomobillərinin yüklənməsi üçün avtomatik olaraq şarj kabelini qoşan "ilan formasında" manipulyator üzərində təcrübələr aparmışdı. Bundan əlavə, bir təqdimat zamanı Tesla park yerlərinin əsasına quraşdırılmış naqilsiz enerji ötürmə konturu ilə elektromobillərin naqilsiz şarj oluna biləcəyini göstərən bir illüstrasiya təqdim etmişdi. Maraqlıdır ki, Tesla Cybertruck-ın daxili enerji sisteminin dizaynında naqilsiz enerji ötürmə konturuna qoşulmaq üçün iki xüsusi giriş mövcuddur. Bu da onu göstərir ki, Tesla bütün bu texnoloji ideyaları tədricən real həyatda tətbiq etməyə hazırdır.
Mənbə: Tesla
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Tesla il ərzində 10 000 ədəd Optimus robotu istehsal etməyə hazırdır
Tesla-nın CEO-su Elon Musk, şirkətin son rüb üzrə maliyyə nəticələrinin təqdim edilməsinə həsr edilmiş mətbuat konfransında şirkətin bu il 10 000 ədəd insanabənzər Optimus robotunu istehsal etməyə mənəvi cəhətdən hazır olduğunu bəyan edib.

Nəqliyyat
Tesla-nın HW3 sistem kompüterinə sahib elektromobilləri tam avtopilot funksiyasını əldə etməyəcəklər
Ötən ilin payızında Elon Musk, HW3 sistem kompüterinə sahib Tesla elektromobillərinin tam avtopilot dəstəyi almayacağını üstüörtülü şəkildə qeyd etmişdi.

Nəqliyyat
Tesla pilotsuz taksi xidmətini bu ilin birinci yarısında istifadəyə verəcək
Technote.az Electrek saytlına istinadən bildirir ki, Tesla şirkəti, 2025-ci ilin iyun ayında Texasın paytaxtı Ostində insan nəzarəti tələb etməyən tam avtopilot funksiyasını ödənişli xidmət kimi istifadəyə verməyi planlaşdırır.

Nəqliyyat
Yenilənmiş Tesla Model Y təqdim edilib - QİYMƏTİ
Tesla şirkəti özünün Model Y elektromobilinin yenilənmiş versiyasını təqdim edib. Model Y-ın yenilənmiş versiyası Çin bazarı və Asiya-Sakit okeanı regionu üçün nəzərdə tutulub.

Nəqliyyat
2024-cü ildə dünyanın ən böyük elektromobil istehsalçısı BYD olub
Tesla artıq dünyanın ən böyük elektromobil istehsalçısı deyil. 2024-cü ildə bu şirkət ümumilikdə 1 773 443 ədəd elektromobil istehsal edib. Lakin digər bir istehsalçı bu mövzuda Tesla-nı geridə qoymağı bacarıb.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
