main-post-cover

    'Tesla'nın yeni Model 3 avtomobili, ön sifariş rekordları qırır

    Elm & Texnologiya
    03.08.2017
    Farid Pardashunas

    “Tesla” şirkəti, 2017-ci ilin ikinci rüb hesabatlarını təqdim edib.

    Həmin hesabatda, şirkətin yeni büdcəli avtomobili Model 3-ə olan ön sifariş sayının sürətlə artımı qeyd olunub. Xüsusi tədbir çərçivəsində şirkətin öz ilk Model 3 avtomobillərini, alıcılara (əsasən şirkət təmsilçilərinə) təqdim etdikdən bir neçə gün sonra Model 3-ə olan ön sifariş sayları artıb. Beləliklə yeni modelin gündəlik ön sifariş sayı 1800-ə çatıb. “Tesla”da çalışmayan alıcılara, yeni model avtomobillər bu ilin 4-cü rübünə kimi çatdırılacaq. ABŞ-da yaşamayan alıcılar isə öz avtomobillərinə yalnız gələn ilin sonunda sahib olacaqlar. Məlumata əsasən Model 3, alıcıların ön sifarişi nə zaman etmələrindən asılı olaraq kiçik qruplar şəklində çatdırılacaq. Lakin alıcılar arasında ən prioritetliləri, əvvəllər Tesla modeli avtomobil almış şəxslər olacaq. İkinci rüb üzrə hesabatların təqdim olunmasından sonra “Tesla” səhmlərinin bazar qiyməti, 1 dəyərli kağız üçün 345$-a (5.5%) qalxıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər