
Tesla'nın yeni rəqibi: Porsche Mission E
Elm & Texnologiya
08.10.2017
Orxan
Avtomobil
istehsalçıları elektrikli vasitə işlərinə davam edərkən, 2015 Frankfurt Motor
Show-da təqdim olunan və bazara çıxışı ilə Teslanı olduqca çətinə salması gözlənilən
Porsche Mission E ilk dəfə yollarda göstərildi.
Avtomobil anlayışı ilə inteqrasiya olunan Porschenin ilk
elektrikli vasitəsi olaraq bazara çıxacaq olan Mission E-nin xüsusilə qiyməti və
idman dizaynı ilə Tesla qarşısında avtomobil həvəskarlarına böyük bir üstünlük
təqdim etməsi gözlənilir.

Porsche CEO-su Oliver Blume ötən ay Car Magazine ilə etdiyi
müsahibə zamanı, 2019-ci ildə satışa təqdim edilməsi planlaşdırılan vasitənin,
85.000 dollarlıq bir başlanğıc qiymətinə sahib olacağını açıqladı.
Panamera və 918 modellərin bir qarışığı olaraq dizayn
edilmiş avtomobil, elektrik mühərrikləri sayəsində 3,5 saniyədən az bir müddətdə
0-100 km-ə çatacaq.
Mission E-nin saatda 250 km sürətə çata biləcəyi qətilik
qazanarkən, bir dəfə şarj edilməsi ilə 500 KM mənzil təqdim etməsi uzun səfərlərdə
böyük bir üstünlük təqdim edir.
Gövdəsi alüminium, polad və karbon lif qarışığından istehsal
edilən vasitənin ən diqqət çəkici xüsusiyyəti isə, batareyasını yüzdə 80% səviyyəsinə
qədər doldurmaq üçün yalnız 15 dəqiqə şarj etməyə ehtiyac var.

Mission E üçün şirkətin əsas mərkəzi olan Stuttgart-da
elektrikli vasitə istehsal fəaliyyətləri üçün 700 milyon dollar xərcləyən və
1400 yeni işçisi tərkibinə qatan Porsche, bu sahədə yeni investisiyalar etməyə
davam edir.
919 Hybrid modelindən ilham alan və elektrikli avtomobillər
arasına idman dizaynı ilə daxil ediləcək olan Mission E qarşısında, son dövrdə
Model 3-ün istehsalında yaşanan gecikmələr ilə gündəmə gələn Teslanın atacağı
addım indidən böyük bir maraq mövzusu halına gəldi.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
