Tesla öz elektromobillərindən ikisini yeniləyəcək

Tesla öz elektromobillərindən ikisini yeniləyəcək

Texnologiya
02.03.2023 PAYLAŞIM

    Məlum olub ki, Tesla şirkəti hal hazırda öz elektromobil kataloqunu genişləndirməyi planlaşdırmır. Lakin bunun yerinə şirkət mövcud elektromobillərinin bəzilərini yeniləməyə hazırlaşır. Güman olunur ki, Elon Musk artıq bu il Model 3 elektromobilinin yeni versiyasını təqdim edəcək. Gələn il üçün isə Model Y elektromobilinin yeni versiyasının təqdim ediləcəyi gözlənilir. Mövcud məlumatlara əsasən Tesla bu ilin sentyabr ayında Model 3 elektromobilinin Project Highland kod adına sahib yeni versiyasını sərgiləyəcək.

    Şirkət yenilənmiş Model 3-ün interyerini daha da minimalistik tərzdə reallaşdırmağı planlaşdırır. Gözləntilərə əsasən salon daxilindəki bütün düymələr və ventilyasiya girişləri, Model S-də olduğu kimi gizlədilmiş şəkildə yerləşəcəklər. Model Y modelinə gəldikdə isə onun Project Juniper kod adına sahib yeni versiyası gələn ilin oktyabr ayında gözlənilir. Məlumata əsasən onun interyerində də Model 3-də reallaşdırılacaq dəyişikliklər olacaq. Lakin bununla yanaşı yenilənmiş Model Y modeli yeni gövdə dizaynını və yaxşılaşdırılmış transmissiyanı əldə edə bilər. Məlumata əsasən bütün bu dəyişikliklər elektromobillərin istehsalat proseslərinin sadələşdirilməsi və xərclərinin aşağı salınması üçün edilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Ford şirkəti Explorer adlı elektrikli krossoveri təqdim edib - QİYMƏTİ

Təqdim edilmiş elektrikli krossover Volkswagen şirkətinin MEB adlı modul platforması əsasında qurulu..


Nothing Ear (2) naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Nothing şirkəti növbəti yeni məhsulunu təqdim edib. Söhbət, Nothing Ear (2) adlı naqilsiz qulaqlıqda..


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..

×