Logo
    main-post-cover

    Tesla öz elektromobillərinin istehsalat xərclərini azaltmağın yolunu tapıb

    Elm & Texnologiya
    27.09.2023
    Emil
        Verilmiş məlıumata əsasən Tesla şirkəti özünün Gigacasting adlı pressləmə texnologiyasının təkmilləşdirilməsi üzərində çalışır. Bunun sayəsində şirkət öz elektromobillərinin istehsalat xərclərini aşağı salmaq niyyətindədir. Məlumatda qeyd edilib ki, şirkət öz elektromobillərinin alt hissələrini bütöv şəkildə pressləmə prosesindən keçirtməyi hədəfləyib. Nəticədə kuzovun böyük hissəsi bir dəfəyə hazırlanacaq. Bu isə öz növbəsində istehsalat xərcinin aşağı endirilməsinə yardımçı olacaq.
        Qeyd etmək lazımdır ki, elektromobillər üçün detalların formalaşdırılması istiqamətində təzyiq gücü 6000-9000 ton olan böyük ölçülü press mexanizmlərindən ilk istifadə edən şirkət məhz Tesla olub. Məsələn şirkət Şanxaydakı zavodunda 2020-ci ildən başlayaraq bu üsul vasitəsilə Tesla Model Y elektromobilinin arxa və ön hissələrini hazırlayır. Məlumata əsasən bu öz növbəsində Model Y-ın istehsalat xərclərini 40% aşağı salmağa imkan verib. Elektromobilin alt hissəsinin bütövlükdə bu üsul vasitəsilə hazırlanması istehsal xərclərini daha da aşağı salmalıdır. Qeyd etmək lazımdır ki, Çinin Xpeng Geely kimi avtomobil şirkətləri də nəticədə Tesla-nın bu yolu ilə getdilər.
    Paylaş
    Bənzər xəbərlər