main-post-cover

    Tesla Phone olsaydı necə görünərdi? (VİDEO)

    Elm & Texnologiya
    25.11.2017
    Farid Pardashunas
    Elektromobil istehsalçısı olan məşhur “Tesla” şirkəti bir neçə müddət bundan öncə mobil telefonlar üçün power bank təqdim etmişdi.
    Bu isə öz növbəsində Concept Creator adlı YouTube kanalını maraqlı işə sövq etdi. Belə ki, bu kanal şirkətin smartfon istehsal edəcəyi ehtimalda onun necə görünəcəyi barəsində fantaziya qurub. Sözügedən smartfonun konsepti yaradılıb və onun özəllikləri video vasitəsilə təqdim olunub. Dizaynerin fikrincə “Tesla” şirkətinin smartfonu Android əməliyyat sistemi vasitəsilə çalışar və tamamilə çərçivəsiz ekrana sahib olardı.
    Dizaynerin yaratdığı konseptə əsasən smartfon ön tərəfdən yuxarı və aşağı hissələrdə səsgücləndiricilərə, arxa tərəfdən isə ikili arxa kameraya və şirkətin loqosuna sahib olacaqdı. Bundan əlavə olaraq dizayner bu smartfona 3.5 mm-lik audiogiriş və USB Type-C əlavə edib. Qeyd etmək lazımdır ki, bu şirkət batareyalar istehsalına külli miqdarda vəsait yatırır və onun smartfonu çıxacağı ehtimalında onun nə qədər enerji saxlayacağını bilmək maraqlı olardı.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər