main-post-cover

    Tesla Roadster Marsdakı bioloji həyatı məhv edə bilər

    Elm & Texnologiya
    01.03.2018
    Farid Pardashunas
    Amerikalı alimlər xəbərdarlıq ediblər ki, Elon Musk tərəfindən kosmosa göndərilmiş Tesla Roadster avtomobili Mars planetindəki bioloji həyatı məhv edə bilər.
        Yer kürəsi, atmosfer və planetlər üzrə elmlər ilə məşğul olan professor Jay Melosh bildirib ki, sözügedən avtomobil xüsusi sanitariya proseslərindən keçməyib və nəticədə Mars planetinə Yer kürəsinin bakteriyalarını göndərə bilər. Həmin bakteriyalar isə vakuumda məhv olmaq əvəzinə sadəcə olaraq uzunmüddətli yuxuya gedəcəklər.
    “Əgər Marsda bioloji həyat mövcuddursa, onda o, Yer kürəsinin bakteriyaları ilə qarışmaq riski ilə qarşı-qarşıyadır. Yer kürəsinin nümayəndələri Mars şəraitinə adaptasiya ola bilərək onu ələ keçirdə biləcəklərmi? Bu halda biz Mars planetinin hansı biosferaya sahib olduğunu bilməyəcəyik” – deyə Melosh bildirib.
        Professor həmçinin bildirib ki, avtomobilin xarici tərəfdən sanitariya proseslərindən keçməsinə baxmayaraq onun mühərriki çirkli olaraq qalacaq. O güman edir ki, ekstremal temperatur, aşağı təzyiq və kosmik radiasiyaya baxmayaraq Yer kürəsinin bakteriyaları məhv olmurlar. Onlar sadəcə olaraq yuxuya gedirlər və Mars planetində müəyyən şəraitlər altında yuxudan oyana bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər