
Tesla Semi elektrikli yük maşınının qiyməti məlum oldu
Elm & Texnologiya
24.11.2017
“Tesla” şirkəti özünün ilk elektrikli yük maşınının ilkin qiymət göstəricisini elan etdi.
Bu məlumat şirkətin saytında təqdim
olunub. Beləliklə 480 km yol qətt edə biləcək standart model 150.000$-a satılacaq. 800 km yol qətt
edə biləcək modelin isə ilkin qiyməti kimi 180.000$ göstərilib. Bundan əlavə
olaraq şirkət 1000 ədəd Founders Series adlı modeli də satmağı düşünür. Onun
qiyməti 200.000$ təşkil edəcək. Tesla Semi-nin rəsmi satışları 2019-cu ildə
başlamalıdır. Qeyd etmək lazımdır ki, şirkət öz ilk elektrikli yük maşınını 16
Noyabr tarixində təqdim etmişdi. Şirkət bildirmişdi ki, Tesla Semi 5 saniyə ərzində
saatda 100 km sürət yığa və yarım saat ərzində 80% şarj oluna bilir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...