Tesla şirkəti 2 günə Yaponiyada Asiyanın ən böyük enerji saxlama sistemini quraşdırdı
Elm & Texnologiya
28.03.2019
Farid Pardashunas
Yaponiyanın Osaka şəhərindəki dəmiryolu stansiyasındakı Powerpack sisteminin quraşdırılması üçün Tesla şirkəti 2 gün vaxt sərf edib. Bu enerji saxlama sistemi pik vaxtda və ani elektrik kəsintiləri zamanı dəmiryolu qatarlarını əlavə enerji ilə təmin edəcək. Bu barədə Hightech.plus saytı xəbər verib. Yaponiyanın Osaka şəhərində Asiyanın ən böyük enerji saxlama sistemi olan Powerpack quraşdırılıb. Onun yaradılması üzərində Tesla şirkəti yerli dəmiryolu operatoru olan Kintetsu ilə birgə çalışıb.
Bu sistem ani elektrik kəsintiləri zamanı qatarları ehtiyat enerji ilə təmin edəcək və beləliklə sərnişinlərə yaxın stansiyalara çatmaqda yardımçı olacaq. Bundan əlavə olaraq Powerpack sistemi pik zamanlarda stansiyanı əlavə enerji ilə də təmin edəcək. 7 meqavatt saat gücündə olan sözügedən sistem 42 enerji blokundan ibarətdir və həmin enerji blokları bir qayda olaraq stansiyanın özündə yerləşdirilib. Sistemin quraşdırılmasına Tesla şirkəti 48 saat zaman sərf edib.
Şirkətin verdiyi məlumata əsasən Yaponiyada olan powerpack sistemi Asiyanın ən böyük Powerpack sistemi olmaqla yanaşı həm də Avstraliya-Asiya regionunun ən böyük sistemlərindən biridir. Enerji gücü baxımından Yaponiyadakı Powerpack sistemini yalnız Avstraliyada və Qərbi Samoa-da yerləşdirilmiş sistemlər üstələyir. Ümumilikdə Tesla şirkəti bütün dünya üzrə artıq yüzlərlə Powerpack sistemini quraşdırıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ