main-post-cover

    Tesla şirkəti elektromobillər üçün batareyaları özü istehsal edəcək

    Elm & Texnologiya
    05.09.2019
    Farid Pardashunas
        Tesla şirkətinin öz batareyalarını istehsal etməsi planları barəsində ortalıqda gəzən məlumatlar öz təsdiqini tapdılar. Belə ki, ortaya çıxmış vakansiyalar siyahısına əsasən elektromobillər üçün nəzərdə tutulmuş batareyalar Kaliforniya ştatının Frimont şəhərindəki zavodda istehsal ediləcək. Lakin heç istisna deyil ki, batareyalar həmçinin Kolorado ştatında da istehsal ediləcək. Bu barədə Electrek saytı xəbər verib. Hal hazırda Tesla şirkəti Panasonic-in batareya elementlərindən istifadə edir.
        Həmin batareyalar Model X ilə Model S elektromobil modelləri üçün Yaponiyadan əldə edilir. Model 3 elektromobili üçün nəzərdə tutulmuş batareyalar isə Nevada ştatındakı Gigafactory 1 zavodunda istehsal edilir. Batareya istehsalını öz əlinə götürəndən sonra Tesla şirkəti batareya istehsalı miqyasını böyüdə və istehsal prosesində gecikmələri aradan qaldıra biləcək. Bundan əlavə olaraq bu o deməkdir ki, Tesla batareya istehsalına görə kənar şirkətlərə vəsait ödəməyəcək.  
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər