
Tesla şirkəti Meksikada 5 milyard dollarlıq zavod inşa etdirəcək
Elm & Texnologiya
02.03.2023
Emil
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Tesla şirkəti yeni zavodunu Meksikada inşa etdirə bilər. İndi isə Meksikanın prezidenti Andres Manuel Lopez Obrador bu məlumatı təsdiqləyib. Ardınca isə Elon Musk bu məsələ ilə bağlı ətraflı məlumat verib. Beləliklə verilmiş məlumata əsasən Tesla-nın yeni zavodu Meksikanın Nuevo-Leon adlı ştatında inşa ediləcək. Bu ştatdan Tesla-nın Texas ştatındakı baş ofisinə kimi 6 saatlıq yol var. Musk bildirib ki, Meksikada istifadəyə veriləcək zavodda yeni platforma əsasında hazırlanacaq elektromobillər istehsal ediləcək. Lakin zavodda istehsalat prosesinin nə zaman start götürəcəyi bilinmir. Meksika hökuməti bildirib ki, Tesla öz yeni zavodunun inşasına 5 milyard dollar vəsait xərcləyəcək və 5000-6000 yeni iş yeri yaradacaq. Bununla yanaşı hökumət ümid edir ki, Tesla Meksikada həmçinin elektromobillər üçün nəzərdə tutulmuş batareya istehsalını da reallaşdıracaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
