Tesla şirkəti Model 3-ün yenilənmiş versiyasını təqdim edib - QİYMƏTİ

Tesla şirkəti Model 3-ün yenilənmiş versiyasını təqdim edib - QİYMƏTİ

Texnologiya
01.09.2023 PAYLAŞIM

    Tesla şirkəti özünün Model 3 adlı elektromobilinin yenilənmiş versiyasını təqdim edib. Yenilənmiş versiyada yeniliklər təkcə gövdə dizaynını deyil, həmçinin salon dizaynını da əhatə edirlər. Üstəlik yenilənmiş versiya bir dəfə şarj olunandan sonra daha çox yol qət edə bilir. Ümumilikdə yenilənmiş Tesla Model 3 şirkətin daha bahalı elektromobillərində reallaşdırılan dizaynı əldə edib. Şirkət alıcılara 18 düym 19 düym ölçülü yeni təkər disklərini təklif edir.


    Yenilənmiş Model 3-ün mühərrikin yalnız arxa təkərləri idarə edən versiyası bir dəfə şarj olunandan sonra 513 km yol qətt edə bilir və o, saatda 100 km sürəti 6.1 saniyəyə yığır. Bununla belə onun maksimal sürəti saatda 201 km təşkil edir. Mühərrikin bütün təkərləri idarə etdiyi versiya da eyni göstəricidə maksimal sürətə sahibdir. Lakin bu versiya bir dəfə şarj olunandan sonra 629 km yol qətt edə bilir və o, saatda 100 km sürəti 4.4 saniyəyə yığır.

    Yenilənmiş Model 3-ün salonunda 15.4 düym ölçülü mərkəzi sensorlu ekran və 17 ədəd səsgücləndirici mövcuddur. Salonda həmçinin iki cihazın şarjı üçün nəzərdə tutulmuş xüsusi panel də mövcuddur. Şirkət salonun arxa hissəsinə 8 düym ölçülü ekran da yerləşdirib.   Yenilənmiş Model 3-ün satışları bu ilin sonuna planlaşdırılıb. Mühərrikin yalnız arxa təkərləri idarə etdiyi versiya Avropa bazarında 36 490 avroya, mühərrikin bütün təkərləri idarə etdiyi versiya isə Avropa bazarında 43 490 avroya satılacaq.



DAHA ÇOX


Google Fitbit Charge 6 smart qolbağını təqdim edib - QİYMƏTİ

Google şirkəti 2021-ci ildə smart qolbaq istehsalçısı olan Fitbit-i almışdı. İndi isə şirkət sözüged..


Lenovo şirkəti Tab M11 planşeti üzərində çalışır

Lenovo şirkəti bu ilin əvvəlində 5G dəstəkli Tab M10 planşetini təqdim etmişdi.


OnePlus Buds Pro 3 naqilsiz qulaqlığının fotoları təqdim edilib

OnePlus şirkətinin hal hazırda üzərində çalışdığı yeni məhsullardan biri də OnePlus Buds Pro 3 adlı ..


ChatGPT dəstəkli smart eynək təqdim edilib - QİYMƏTİ

Solos adlı şirkət süni zəka əsaslı ChatGPT çat-botuna sürətli keçid funksiyasına sahib AirGo 3 adlı ..


Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, OpenAI CEO-su ilə süni zəka dəst..

The Information saytının verdiyi məlumata əsasən Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, Ope..


Meta Quest 3 qarışıq reallıq cihazının satış tarixi açıqlanıb (VİDEO)..

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Meta Quest 3 qarışıq reallıq (AR + VR) cihazın..

×