main-post-cover

    Tesla şirkəti Model S-in yenilənmiş interyerini təqdim edib

    Elm & Texnologiya
    29.01.2021
    Farid Pardashunas
        Tesla Model S-in ilk versiyasının satışa çıxdığı vaxtdan dizaynerlər onun interyerində ciddi dəyişikliklər reallaşdırmayıblar. Lakin bu vəziyyət dəyişib. Belə ki, Tesla rəhbərliyi yenilənmiş Model S-in tam yeni salon dizaynının fotolarını təqdim edib. Fotolardan da görmək olar ki, elektromobilin salonu ciddi dəyişikliklərə məruz qalıb. Beləliklə təqdim edilmiş fotolara əsasən Model S-in yeni versiyasının qabaq paneli üfüqi şəkildə yerləşdirilmş böyük sensorlu ekran əldə edəcək. Bununla yanaşı sükanın dizaynında da dəyişiklik edilib. Belə ki, o, ənənəvi dairəvi formada reallaşdırılmayıb.
        Sükanın dizaynı daha çox fantastik filmlərdəki futuristik avtomobillərin sükanlarına bənzəyir. Bununla yanaşı arxada oturan sərnişinlər üçün əlavə ekranın quraşdırılması təklif olunur. Məlumata əsasən yeni Model S elektromobili əyləncə sistemi ilə təchiz olunacaq və onun performans gücü 10 TF (teraflops) təşkil edəcək. Gözləntilərə əsasən bu cür sistemdə Witcher 3Cyberpunk 2077 kimi oyunları oynamaq mümkün olacaq.
        Yenilənmiş Model S-dən əlavə olaraq Tesla hal hazırda Model S Plaid üzərində də çalışır. Yeni Model S Plaid modeli 3 mühərrik ilə təchiz olunacaq və saatda 320 km sürət yığa biləcək. Onun bir dəfə şərj olunmaqla 830 km yol qətt etməyi bacaran versiyası 138.490$-a satılacaq. Model S və Model X elektromobilləri həmçinin yeni transmissiya ilə batareya sistemini əldə edəcəklər. Bu cür özəlliklər isə onların daha çox yol qətt etmələrinə şərait yaradacaqlar. Gözləntilərə əsasən yeni Model S-in istehsalına bu ilin birinci rübünün sonuna kimi start veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər