main-post-cover

    'Tesla' şirkəti özünün musiqi servisini yaradır

    Elm & Texnologiya
    23.06.2017
    Emil Nəcəfov

    Elektroavtomobil istehsalçısı “Tesla”, özünün Spotify və Apple Music kimi musiqi servsini yaratmağı planlaşdırır.

    Bunun üçün şirkət bir sıra musiqi sənayesinin təmsilçiləri ilə görüş keçirdir. Məlumata əsasən sözügedən musiqi servisinin lisenziyalaşdırılması üçün Elon Musk-ın şirkəti bir çox musiqi təmsilçiləri ilə mütəmadi görüşlər keçirdir. Əgər bu cür servis yaradılsa, onda o, bütün Tesla avtomobilləri ilə bir komplektdə istifadəçiyə təqdim olunacaq. Musiqi şirkətləri isə hələki başa düşmürlər ki, “Tesla”ya hansı miqyasda əməkdaşlıq lazımdır. Lakin məlumdur ki, “Tesla”, həmin musiqi platforması üçün istifadəçilərə bir sıra ödənişli abunəliklər təqdim edəcək. Əgər “Tesla” öz musiqi servisini istifadəyə versə, çox güman ki, o, şirkətin öz müştəri bazası üçün nəzərdə tutulacaq. Belə ki, həmin servisin, Tesla avtomobilinə sahib olmayan şəxs üçün də aktiv olacağı məlum deyil. İyun ayında səhmdarlarla görüş zamanı Elon Musk, musiqi servisləri sənayesinin müxtəlif variantlarını öyrənmək planlarının olduğunu bildirmişdi. Onu da qeyd etmək laızmdır ki, “Tesla” artıq Spotify ilə əməkdaşlıq edir. Belə ki, bu əməkdaşlıq çərçivəsində ABŞ-dan kənarda satışa çıxan Tesla avtomobilləri bu musiqi servisi ilə inteqrasiya olunur. Maraqlısı isə “Tesla”nın nəyə görə Spotify və ya Apple Music-i öz avtomobillərinə inteqrasiya etməsi deyil, məhz öz sevisini yaratmaq istəməsidir. 
    Linki kopyala