main-post-cover

    'Tesla' şirkəti pilotsuz avtomobillər üçün süni zəkanın hazırlanmasına start verib

    Elm & Texnologiya
    09.12.2017
    Farid Pardashunas
    Bunun üçün şirkət hal hazırda “Nvidia” şirkətinin videoçiplərindən istifadə edir.
    Avtomobil istehsalçısı “Tesla” avtomobillərdə avtopilot texnologiyasında tətbiq oluna biləcək süni zəka təchizatı hazırlayır. Bu barədə CNBC saytı xəbər verib. Bu məsələ ilə bağlı məlumatı isə Musk Kaliforniyada keçirilmiş tədbirlərin birində çıxış edərkən bildirib. Həmin tədbirdə Musk keçmiş AMD çiplərinin memarı Jim Keller ilə birlikdə çıxış edib. Hal hazırda Jim Keller “Tesla” şirkətində təchizat üzrə prezident vəzifəsində çalışır.
    “Jim süni zəka üçün təchizat hazırlamaqla məşğuldur və bizim fikrimizcə həmin süni zəka dünyanın ən yaxşısı olacaq” – deyə Musk tədbirdə bildirib.
    Tədbir iştirakçılarından birinin verdiyi məlumata əsasən Jim öz Tesla çipləri sayəsində avtopilotun effektivliyini yüksək səviyyəyə qaldırmağa iddialıdır. Musk onu da qeyd edib ki, o, avtopilot sisteminin yaxın 2 ildə, avtomobili insandan daha yaxşı idarə edə biləcək texnologiyanın isə 3 il ərzində təqdim olunacağına ümid edir. Qeyd etmək lazımdır ki, avtopilot sistemi üçün öz çiplərini həmçinin “Apple” və “Alphabet” kimi şirkətlər də hazırlayırlar. Hal hazırda Tesla avtomobilləri avtopilot sistemi üçün Nvidia çiplərindən istifadə edir. Şirkətin öz çiplərinə sahib avtomobillərin nə zaman təqdim olunacaqları isə hələki bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər