main-post-cover

    Tesla şirkəti Yunan adalarını enerji qıtlığından xilas edəcək

    Elm & Texnologiya
    17.01.2019
    Farid Pardashunas
        Yunanıstanın 20%-i adalardan ibarətdir və bu adalara enerji mənbəyi çox zaman fasilələrlə verilir. Tam enerji veriləndə isə yüksək dərəcədə yanacağın yandırılması reallaşdırılır. Bu səbəbdən Tesla şirkəti Yunanıstan hökuməti ilə xüsusi layihənin reallaşdırılması üçün müqavilə bağlayıb və layihənin ilkin mərhələsi Lemnos adasında reallaşdırılacaq. Bu barədə Hightech.plus saytı xəbər verib.
        Adaları elektrik enerjisi ilə təmin etmək uzun illər ərzində Yunanıstan üçün ciddi məsələ idi. Lakin alternativ enerjilərin və onların saxlanması texnologiyalarının inkişafı bu problemi aradan qaldırmağa imkan verir. Tesla şirkətinin və Yunanıstanın enerji nazirliyinin planı üzrə uzaq məsafələrdə yerləşən adaların enerji problemi günəş panelləri fermaları və litium-ion batareyaları əsaslı enerji saxlama sistemləri vasitəsilə aradan qaldırılacaq.
        Məlumata əsasən Tesla şirkətinin təmsilçiləri və Yunanıstan hökuməti sözügedən layihənin bəzi məsələləri üzrə razılığa gəliblər. Onlar həmçinin adalar üzrə enerji sisteminin yenidən qurulmasını da müzakirə ediblər. Sözügedən elektrik enerjisi sxemi Tesla şirkəti üçün ənənəvi olacaq. Belə ki, şirkət günəş panelləri şəbəkəsini yerləşdirəcək və həmin şəbəkəni Tesla Powerpack adlı litium-ion batareyaları əsaslı enerji saxlama sisteminə qoşacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər