main-post-cover

    Tesla uşaqlar üçün Cyberquad adlı 4 təkərli motosikli təqdim edib - QİYMƏTİ (VİDEO)

    Elm & Texnologiya
    02.12.2021
    Emil Nəcəfov
        Tesla şirkəti 2019-cu ildə Cybertruck pikapı ilə birlikdə Cyberquad adlı 4 təkərli motosikli də təqdim etmişdi. İndi isə şirkət həmin 4 təkərli motosiklin uşaqlar üçün nəzərdə tutulmuş versiyasını təqdim edib. Uşaqlar üçün nəzərdə tutulmuş versiya Cyberquad for Kids adlanır. Sözügedən 4 təkərli motosikl saatda 16 km sürət yığa və bir dəfə şarj olunandan sonra 24 km yol qətt edə bilir. Nəqliyyat növünün çəkisi isə 55 kq təşkil edir. Məlumatda qeyd edilib ki, Cyberquad for Kids 68 kq-a qədər faydalı yük daşıya bilir. O, 8 və daha yuxarı yaşdan başlayan uşaqlar üçün nəzərdə tutulub. Nəqliyyat növü məişət üçün nəzərdə tutulmuş elektrik şəbəkəsi vasitəsilə şarj oluna bilər və 100% enerjini yığmaq üçün ona 5 saat vaxt lazım olur. Onu da qeyd etmək lazımdır ki, Cyberquad for Kids alıcılara hissələr şəklində təqdim olunur. Buna görə də real alıcı onu fərdi şəkildə yığmalı olacaq. 4 təkərli motosiklin çərçivəsi poladdan hazırlanıb. Cyberquad for Kids-i artıq Tesla-nın rəsmi saytında 1900$ qiymətinə sifariş etmək mümkündür. Sifarişdən sonra alıcı onu 2-4 həftə ərzində əldə edəcək.
    Linki kopyala