main-post-cover

    Texnologiya möcüzəsi MSC Seaside gəmisi haqqında

    Elm & Texnologiya
    17.03.2018
    Orxan Oguz
         MSC Seaside gəmisi 2017-ci ilin dekabr ayının sonlarında mükəmməl açılış mərasimi ilə ilk sərnişinlərini daşımağa başlamışdı. Gəlin, gəmi ilə yaxından tanış olaq:
         Sərnişin gəmisinin xüsusiyyətlərini saymaqla bitirmək olmur. Texnologiya möcüzəsi olan gəmi dəniz səyahətlərini sevənlər üçün mükəmməl və fərqli təcrübə vəd edir. Gəminin mühəndisləri sırf sərnişinlər okeana olan yaxınlıqlarını ən yaxşı formada hiss etsinlər deyə göyərtəsini dünyanın ən uzun göyərtəsi ediblər.
         Gəminin 40 metr hündürlüyündə şüşə eyvan quraşdırılıb. Buradan bütün okeanı və gəminin digər bölmələrini görmək mümkündür. Gəmidə səyahət etsəniz məşhur aşpaz Roy Yamaquçinin mətbəxinə baş çəkməyi unutmayın. Yediyiniz yeməklərin və içdiyiniz içkilərin bütün effektini bu şəxsə borclu olacaqsınız. Çünki Roy heç kimin restoranından narazı ayrılması ilə razılaşa bilmir.
         Bayaq söhbət açdığımız şüşə eyvanı çox da cəlbedici hesab etməsəniz gəminin bir ucundan digər ucuna qədər asılmış trosla səyahət edə bilərsiniz. Gəminin ortasında əyləncəli su parkı da mövcuddur. Bu bildiyiniz adi gəmi hovuzlarından deyil. Hətta MSC Seaside azyaşlı uşaqları düşünərək bu parkın içində onların əyləncəsinə hesablanmış ərazi salıb. Bu ərazinin geniş olması həm də valideynlər üçün nəzərdə tutulub.
         Burada bütün gəmilərdən daha böyük olan oyun sahəsi var. Bu sahədə LEGO otağı və virtual reallıq cihazları yerləşdirilib. 12 yaşından az olan bütün uşaqlar yerlərini bildirən qolbaqlar taxır. Çox böyük rahatlıqdır! Teatrı və qumarxanası ilə yanaşı, boulinq sahəsi, Formula 1 simulyasiya yeri və 5 ölçülü kino zalı da mövcuddur.
    ŞƏKİLLƏR:


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər