
Təyyarədə 200 ədəd Galaxy Note 8 hədiyyə edildi
Elm & Texnologiya
24.10.2017
Orxan
Mövzu həqiqətən
çaşdırıcı olsada gerçəkdir! Samsung, 200 ədəd Galaxy Note 8 modelini bir uçuş əsnasında
hədiyyə etdi.
Ötən il Galaxy Note 7-ə görə yaşadığı problemlərlə və
xüsusilə hava limanlarındakı anonslarla böyük prestij itkisi yaşayan Samsung,
bu vəziyyəti fərqli bir yol ilə unutdurmaq niyyətindədir. İspaniyada başlayan
bu əməliyyat ilə Iberia Havayolları uçuşu əsnasında kabin vəzifəliləri 200 sərnişinə
Galaxy Note 8 hədiyyə etdi.

Qutunun üzərində isə “Bir il əvvəl telefonlarınızı söndürməyinizi
istəmişdik ancaq indi biz sizlərə təqdim edirik” mesajı ilə paylanan Note 8-lər
sərnişinlər arasında çox böyük bir təəcüblə qarşılandı.
Ötən il batareya problemi səbəbiylə təyyarələrdə qadağan
edilən Note 7 problemlərindən sonra Samsung İspaniya və Iberia Hava yolları əməkdaşlığı
ilə həyata keçirilən bu iş böyük səs gətirəcək kimi görünür.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
