
Tez-tez səyahət edənlər üçün xüsusi qulaqlıq
Elm & Texnologiya
07.05.2017
Farid
IFA 2016 sərgisində yeni xüsusi qulaqlıqlar təqdim
olunub. Bu yeni model Sennheiser PXC 480 adlanır. Yeni qulaqlıq xüsusilə
tez-tez səyahət edən istifadəçilər üçün nəzərdə tutulub.
Sennheiser PXC 480xüsusiyyətləri
İlk
öncə istifadəçinin komfortunu nəzərə alan qulaqlıqların rahatlığı ön planda yer
alır və yüksək keyfiyyətli olması ilə diqqət çəkir. Həmçinin qulaqlıq aktiv səs-küylü
ərazidə bütün səslərin qarşısını alaraq dinlədiyiniz musiqidən həzz almağa şərait
yaradır. Bundan əlavə səsi əngəlləyən bu xüsusiyyəti bir düymənin köməyilə həyata
keçirmək mümkündür. Yəni istəyə bağlı olaraq aktiv, deaktiv ola bilir. Bir dəfə
şarj etməklə 50 saata qədər aktiv ola bilən Sennheiser PXC 480-in 118dB səs
tezliyi mövcuddur.
Paylaş
Bənzər xəbərlər